Donbasda daha 2 hərbçi yaralanıb

2018/08/630_360_1534401463-7844_1534407193.jpg
Oxunub: 2605     16:12     16 Avqust 2018    
Ukraynanın Donbas vilayətində seperatçılarla ordu qüvvələri arasında qarşıdurmalar davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidmətindən verilib.

Bildirilib ki, ötən gün ərzində seperatçılar atəşkəs rejimini ümumilikdə 43 dəfə pozublar.

Rəsmi məlumata əsasən baş verən qarşıdurmalar zamanı Ukrayna ordusunun 2 hərbçisi yaralanıb, itki yoxdur.

Ukrayna hərbi kəşfiyyatı seperatçıların ötən gün 2 üzvünün öldürüldüyünü və 3 üzvünün yaralandığını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin