Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hərbi Hava Qüvvələrinin komandanı general David Qoldfeyn bildirib.
O qeyd edib ki, səsdən 5 dəfə daha sürətli olması planlaşdırılan raket 6125 km/saat maksimum sürətə sahib olacaq.
Rəsminin sözlərinə əsasən, “Lockheed Martin” tərəfindən istehsal ediləcək raketlərin Almaniya, Böyük Britaniya, Avstraliya kimi dövlətlərə satılması ilə bağlı sözügedən dövlətlərlə ikitərəfli danışıqlar aparılır.
Qeyd edək ki, yarım milyard dollarlıq layihənin 2021-ci ildə yekunlaşdırılması planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az