Ordu.az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mərkəzin əməkdaşlarından biri bildirib.
Onun sözlərinə görə, şəhərin beş saylı polis bölməsinin yaxınlığında yerləşən mərkəzdə təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında qarşıdurma bu dəqiqələrdə davam edir.
Kabil polisinin mətbuat katibi Həşmət Stanikzay isə silahlı şəxslərin sayının dəqiqləşdirilmədiyini və onların hazırda mərkəzin içində mövqe tutduğunu bildirib.
Həşmət Stanikzay bildirib ki, hadisə nəticəsində təhlükəsizlik qüvvələrindən azı beş nəfər həlak olub, dördü isə ağır yaralanıb.
Məsuliyyətini “Taliban”ın üstləndiyi hücum zamanı əvvəlcə kamikadze kəşfiyyat zabitlərinin karvanı yaxınlığında özünü partladıb və daha sonra qiyamçılar kəşfiyyat mərkəzinə daxil olmağa çalışıblar.
Ağalar Ağalarlı
Ordu.az