Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Xüms vilayətinin rəhbəri Təl əl-Barazi bildirib.
Onun sözlərinə görə, Suriyada Rusiya Koordinasiya Mərkəzinin rəhbərliyi altında davam edən uzlaşma prosesi çərçivəsində silahlarını yerə qoyacaq üsyançılar Xüms vilayətinə geri dönəcəklər.
Əl-Barazi bildirib ki, Xümsün Əl-Rastan, Əl-Dar əl-Kəbirə, Taldau, Əl-Qantu, Tell-Bisa və Hula qəsəbələrindən İdlibə vuruşmaq üçün gedənlərin 80%-ə qədəri Xümsə qayıdıb, 20%-i isə təslim olmaqdan imtina edir.
Ağalar Ağalarlı
Ordu.az