Türkiyədə 31 PKK şübhəlisi ələ keçirilib

2018/08/thumbs_b_c_55baa70f718f1dc2eac2818448844929_1534396171.jpg
Oxunub: 1860     13:07     16 Avqust 2018    
Türkiyənin Şırnak vilayətində PKK/KCK terror təşkilatına qarşı aparılan əməliyyat nəticəsində 31 şübhəli ələ keçirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinə yaxın mənbə bildirib.

Əməliyyat zamanı 34 ünvana eyni zamanda həyata keçirilən əməliyyat zamanı 31 şübhəli ilə yanaşı, onlara məxsus rəqəmsal materiallar və digər ləvazimatlar nəzarətə götürülüb.

Türkiyənin başqa bir bölgsi Qarsda isə 1 terrorçu zərərsizləşdirilib. Bununla da son iki gündə Qarsda PKK-ya mənsub 3 terrorçu zərərsiz hala gətirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin