Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Soler”in prezidenti və eyni zamanda icraçı direktoru olan David Kelloq bildirib.
Onun sözlərinə görə, müqavilə çərçivəsində kompaniya mərkəzə proqram təkmilləşdirilməsi, sınağı, inteqrasiyası və nəticələrin dəyərləndirilməsi xidmətləri göstərəcək.
Qeyd edək ki, 1998-ci ildə əsası qoyulan “Soler” innovativ informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir və Pentaqon, ABŞ-ın Kəşfiyyat Xidməti, digər dövlət agentliklərləri ilə əməkdaşlıq edir.
Ağalar Ağalarlı
Ordu.az