Rusiya 2S9-1M ÖAQ-lərinin modernizasiyasını yekunlaşdırıb

2018/08/39261445_461000424383082_5191303133606707200_n_1534348265.jpg
Oxunub: 3780     23:48     15 Avqust 2018    
Rusiya Quru Qoşunlarının iki müxtəlif tank batalyonunun xidmətindəki 30 ədəd 2S9-1M özüyeriyən artilleriya qurğusu modernizasiya edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, modernizasiya nəticəsində özüyeriyən artilleriya qurğusu 120 mm-lik silahlarla təchiz edilib.

Aparılan modernizasiya işlərindən sonra 2S9-1M özüyeriyən artilleriya qurğusunun zərbə radiusu 8,8-12,8 km-ə qaldırılıb.

Qeyd edək ki, hazırda özüyeriyən artilleriya qurğuları 1 dəqiqə ərzində 8-10 arası artilleriya zərbəsi endirmək qabiliyyətinə sahibdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   2S9-1M   Özüyeriyən-Artilleriya-Qurğusu  


Bizi "telegram"da izləyin