İbrahim Kalın: “Bu il PKK-ya qoşulanların sayı son 30 ilin ən aşağı göstəricisidir”

2018/08/thumbs_b_c_cd9adf41f55bcb1aeb5a85e80a7b13cf_1534341327.jpg
Oxunub: 3204     21:55     15 Avqust 2018    
“Görülən tədbirlər çərçivəsində 2018-ci ildə PKK-ya sadəcə 61 nəfər qoşulub ki, bu, son 30 ilin ən aşağı rəqəmidir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib.

Türkiyənin il ərzində terrorla mübarizə səyləri çərçivəsində ciddi nəticələr əldə etdiyini dilə gətirən Kalın PKK-ya qoşulanların sayında əhəmiyyətli dərəcədə azalmanın olduğunu vurğulayıb.

Onun sözlərinə görə, cari ilin başlanğıcından etibarən qırmızı siyahıdan 7, mavi siyahıdan 5, yaşıl siyahıdan 4, narıncı siyahıdan 4 və boz siyahıdan 30 olmaqla ümumilikdə 50 önəmli terrorçu zərərsizləşdirilib.

Kalın, eyni zamanda Suriya və İraq ərazisində də Türkiyəyə qarşı meydana gələn terror təhdidlərinin aradan qaldırılması istiqamətində işlərin yüksək qətiyyətlə davam etdiriləcəyini də əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin