Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, Ruhani bu fikirləri bu gün Tehranda Nazirlər Kabinetinin iclasında etdiyi çıxış zamanı səsləndirib.
O qeyd edib ki, Xəzər hövzəsi dövlətləri əsl birlik nümayiş etdirərək regionun gələcək təhlükəsizliyinin təminatı naminə əhəmiyyətli addım atdı.
“Xəzər hövzəsi ölkələrə minnətdarlığımızı bildirmək istəyirəm. İran artıq özünün bütün sərhədlərində strateji rolunu tam əmin şəkildə həyata keçirə bilər. Xəzər dənizinin hüquqi statusu ilə bağlı qəbul edilən konvensiya ABŞ və NATO-nun regionda hərtərəfli bloklanması anlamına gəlir. Biz onların bütün mənfur planlarını yerlə-yeksan etdik”, - deyə Ruhani vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az