Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəcib Daniş bəyan edib.
Hücumu Kabil polisinin mətbuat katibi Həşmət Stanikzay da təsdiqləyib. Əfqanıstan təhlükəsizlik qüvvələrinə yaxın mənbə partlayış nəticəsində azı 14 nəfərin həlak olduğunu, 20-dən çox adamın isə yaralandığını bildirib.
Ölkənin Səhiyyə Nazirliyi isə artıq bir cəsəd və on yaralının qəbul edildiyini elan edib. Hücumun kim tərəfindən törədildiyi naməlumdur.
Ağalar Ağalarlı
Ordu.az