Ordu.az xəbər verir ki, Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilib ki, TSQ ABŞ hərbçiləri ilə birlikdə “Fərat Qalxanı” əməliyyatının əhatə etdiyi ərazi ilə Münbic arasında qalan zolaqda 30-cu patrul reydini həyata keçirib.
Qeyd edək ki, iyun ayının 18-dən etibarən Türkiyə və ABŞ arasında əldə edilmiş Münbic Yol Xəritəsinə əsasən iki ordu bölgədə mütəmadi olaraq patrul reydləri həyata keçirir.
Ağalar Ağalarlı
Ordu.az