Əfqanıstan ordusu Qəznidə üstünlüyü ələ alır

2018/08/345345_1534337564.jpg
Oxunub: 4278     20:47     15 Avqust 2018    
Son günlər “Taliban” qiyamçılarının ağır hücumlarına məruz qalan Qəzni uğrunda gedən döyüşlərdə Əfqanıstan ordusu üstünlüyü ələ almaqdadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Cavid Qafuri danışıb.

Onun sözlərinə görə, həyata keçirilən geniş miqyaslı əks-hücum nəticəsində şəhərin böyük hissəsində qiyamçılar öz mövqelərini geri çəkmək məcburiyyətində qalıblar.

“Şəhərin bəzi hissələrində həyat normal vəziyyətinə qayıdıb. Mağazaların bir çoxu öz fəaliyyətini bərpa edib. Silahlı Qüvvələrimiz isə “Taliban”ın hazırkı mövqelərinə də hücumlarını davam etdirəcəklər”, - deyə Qafuri söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Qəzni  


Bizi "telegram"da izləyin