Cənubi Koreya və KXDR arasındakı hərbi rabitə xətti bərpa edilib

2018/08/20180815000254_0_1534335616.jpg
Oxunub: 3844     20:19     15 Avqust 2018    
Cənubi Koreya və Şimali Koreya bu gün iki ölkə arasındakı hərbi rabitə xəttini tam olaraq bərpa edib.

Ordu.az xarici KİV-lərə isatinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Cənubi Koreya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, iki ölkə arasında hərbi məqsədlər üçün istifadə olunan kommunikasiya xətlərindəki problem ortaq fəaliyyət nəticəsində tam olaraq aradan qaldırılıb.

Məlumata əsasən iki ölkə sərhədində kommunikasiya xəttinin keçdiyi yeni bir rabitə qovşağı da formalaşdırılıb.

Qeyd edək ki, rabitə xətti 2010-cu ildə baş verən meşə yanğınları zamanı zərər görərək istifadəyə yararsız hala düşmüşdü.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Rabitə-xətti  


Bizi "telegram"da izləyin