Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə Diyalə Hərbi Əməliyyatlarının komandanı Məzhər Əl-Əzzavi bildirib.
Onun sözlərinə görə, əməliyyat Diyalənin Həmrin dağlarının yerləşdiyi hissəsində həyata keçirilib. Əməliyyat zamanı İŞİD-ə məxsus 24 sığınacaq yerlə-yeksan edilib və 22 zərərsizləşdirilib.
Xatırladaq ki, ötən ilin dekabrından İraqda İŞİD-in məğlub edildiyi elan edilsə də, qruplaşma hələ də ölkədə terror hücumlarına davam edir.
Ağalar Ağalarlı
Ordu.az