Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
“Bunun praktikada heç bir mənası yoxdur. Türkiyə onsuz da təyyarələrdən ikisini təhvil alıb. İki il ərzində bu təyyarələr orada olacaq və pilotlarımızın təlim prosesi davam edəcək. Yəni bu gün donduruldu deyə bir şey yoxdur”, - deyə Çavuşoğlu vurğulayıb.
O bildirib ki, sözügedən hesabatın təqdim edilməsinə qədər həmin təyyarələrin çatdırılmasına ABŞ-ın daxili prosedurlarından qaynaqlanan məhdudiyyət var.
“ABŞ-a tövsiyyə edirik ki, əllərində olan üstünlüklərdən Türkiyə və ya hər hansı başqa bir ölkəyə qarşı silah kimi istifadə etməsinlər. Bu, ABŞ-ın etibarını və nüfuzunu zəiflədər. Heç bir ölkə alternativsiz deyil”, - deyə Çavuşoğlu əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az