İŞİD Sveydədə koridor yaratmağa cəhd edir

2018/08/Desert-Hawks-Brigade-T-90-tank-688x516_1534333995.jpg
Oxunub: 2360     19:52     15 Avqust 2018    
İŞİD-in Sveydədə bir-birindən kənar düşən bir neçə qrupu ordu qüvvələrinə hücumlar həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, İŞİD qruplaşmanın bir-birindən kənar düşmüş müxtəlif qrupları arasında əlaqə yaradan Əl-Səfa kanyonuna 3 dəfə hücum həyata keçirib.

Məlumata əsasən hazırda ordunun nəzarətdə saxladığı bu ərazinin İŞİD-dən azad edilməsi terrorçu qruplaşmanın müqavimətini qıran başlıca faktorlardandır.

Belə ki, bölgənin ordu tərəfdən nəzarətdə saxlanılması İŞİD-in müxtəlif qrupları arasında koordinasiyanın itməsinə səbəb olur.

Hələlik ordu Əl-Səfa kanyonunun nəzarətdə saxlanılması yolunda qətiyyətli mübarizəsini davam etdirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Sveydə  


Bizi "telegram"da izləyin