Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova səsləndirib.
O qeyd edib ki, ölkəsi bölgədə sülhə və stabilliyə şərait yaradacaq hər bir layihəni dəstəkləməyə hazırdır.
“İstənilən halda biz son bir neçə on il ərzində yarımadada kifayət qədər fərqli situassiyalara şahid olmuşuq. Tərəflər arasında əldə edilən bu razılığın son mərhələyə qədər aparılacağından hələlik tam əmin olduğumuzu deyə bilmərəm. Lakin biz bölgədə hərbsizləşmə ilə bağlı atılan addımların bundan sonra da davam etdiriləcəyinə inanırıq”, - deyə o əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az