İran İKAŞ psixoloji müharibə siyasəti planını qəbul edib

2018/08/Снимок_1534323669.png
Oxunub: 3021     16:58     15 Avqust 2018    
İranın İqtisadi Koordinasiya üzrə Ali Şurası psixoloji müharibə üzrə siyasət planını qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama şuranın mətbuat xidmətindən verilib.

Bildirilib ki, şura üzvləri keçirilən iclasda ABŞ-ın və İran üçün təhlükə yaradan bütün xarici dövlətlərin Tehrana qarşı həyata keçirdiyi psixoloji müharibə təhdidlərinə cavab olacaq yeni siyasi xətti yekdilliklə qəbul edib.

Belə ki, Psixoloji Müharibə adı verilən yeni siyasi tədbirlər paketi kütləvi informasiya vasitələrindən İranın ABŞ-dan hərbi, siyasi və iqtisadi baxımdan daha zəif olması, Vaşinqtonun İrana qarşı müharibə elan edəcəyi və s. xalqı qorxu altında saxlayan iddialara qarşı reallıqların qərəzsiz şəkildə çatdırılmasını nəzərdə tutur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Psixoloji-Müharibə  


Bizi "telegram"da izləyin