Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı koalisiyanın mətbuat katibi Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, qiyamçılar koalisiyaya məxsus hərbi bazaya ardıcıl raket zərbələri endirməyə cəhd edib.
Zərbələrdən birinin bazaya düşməsi nəticəsində 8 hərbçi həlak olub, daha bir neçəsi yaralanıb.
Qeyd edək ki, Maliki koalisiyanın qiyamçıların həyata keçirdiyi bu hücumlara şiddətli şəkildə cavab verəcəyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az