Pentaqon raketdən müdafiə üçün kosmik lazer silahlarını nəzərdən keçirir

2018/08/00001953_1534322642.jpg
Oxunub: 1899     17:22     15 Avqust 2018    
Pentaqon raket təhdidlərini hələ uçuşa qalxan zaman aradan qaldırmaq üçün kosmosda lazer silah texnologiyası yerləşdirməyi nəzərdən keçirir.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Tədqiqat və Mühəndislik bölməsinin rəhbəri Maykl Qriffin danışıb.

O bildirib ki, düşmənlərdən meydana gələn raket təhdidlərini uçuş mərhələsində məğlub etmək daha çətin olur. Buna görə də Pentaqon bu təhdidlərin daha öncədən aradan qaldırılması yollarını nəzərdən keçirir.

Qriffin sözügedən məsələnin sadəcə təkliflər arasında olduğunu və hələlik bu mənada ən yaxşı həll yolunun nə ola biləcəyinə dair son qərarın verilmədiyini əlavə edib.

Onun sözlərinə görə, Pentaqon kosmosda raketdən müdafiə texnologiyasının yerləşdirilməsi məsələsini artıq 30 ilə yaxındır ki, araşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Lazer-Silah   Kosmos  


Bizi "telegram"da izləyin