“Taliban” Qəzniyə gedən hərbi karvanı hədəf alıb

2018/08/unnamed_1534322102.jpg
Oxunub: 1987     16:39     15 Avqust 2018    
“Taliban” qiyamçıları Əfqanıstan ordusunun Qəzni şəhəri istiqamətində hərəkət edən hərbi karvanını hədəf alıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum Kabil-Qəndəhar yolunda həyata keçirilib.

Məlumata görə, hücum zamanı qiyamçılar tərəfindən yol boyunca əvvəlcədən yerləşdirilmiş minalar və kustar üsullarla hazırlanmış partlayıcı qurğulardan istifadə olunub.

“Taliban”ın eyni taktikadan Künduz vilayətində də istifadə etdiyi bildirilir. Hücumlar nəticəsində ölən və ya yaralananlara dair dəqiq məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Qəzni   Əfqanıstan  


Bizi "telegram"da izləyin