Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Ötən ilin oktyabrında Rusiya Müdafiə Nazirliyi kosmik obyekti istifadəyə verdi. Onlar bunun kosmik aparatların inspeksiyası üçün olduğunu iddia etdilər. Lakin onun orbitdəki davranışları əvvəllər müşahidə ediləndən fərqli idi”, - deyə bəyanatda göstərilib.
Bildirilir ki, ABŞ onun dəqiq olaraq nə olduğunu və ya nə etdiyini bilməsə də, bu fəaliyyətlərdən narahatdır.
Ağalar Ağalarlı
Ordu.az