Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı filotiliyanın mətbuat xidməti yayıb.
Bildirilib ki, təşkil edilən təlim və hərbi ekspedisiyalarda “Georgy Pobedonostev” və 5 ədəd DT-30P gəmisi iştirak edir.
Məlumata əsasən, Krestovaya körfəzində və okeanın Novaya Zemlya arxipelağının 2 müxtəlif adasında həyata keçirilən hərbi təlim və ekspedisiyalarda ümumilikdə 200-ə qədər hərbçi iştirak edir.
Qeyd edək ki, təlimlərin 2 gün davam etməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az