Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Bildirilib ki, Bolton və Kolpakov hər iki ölkəni maraqlandıran məsələlərlə bağlı, həmçinin, Suriya problemi, Ukrayna böhranı, NATO-Rusiya münasibətlərini müzakirə edəcəklər.
ABŞ və Rusiya prezidentlərinin müşavirləri həmçinin Tramp və Putin arasında növbəti ikitərəfli görüşün keçirilməsi ilə bağlı müzakirələr aparacaqlar.
Qeyd edək ki, Bolton Cenevredə Kolpakovla görüşdən sonra İsrail və Ukraynadan olan rəsmilərlə də bir araya gələcək.
Dəyanət Ağalarlı
Ordu.az