“Taliban” Qurban bayramında atəşkəs elan edə bilər

2018/08/l_355475_093946_updates_1534318610.jpg
Oxunub: 3017     15:29     15 Avqust 2018    
“Taliban” gələn həftə qeyd olunacaq Qurban bayramı ərzində atəşkəs elan edilməsini fikrini nəzərdən keçirir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qiyamçılara yaxın iki etibarlı mənbə bildirib.

Onların sözlərinə görə, hələlik məsələ ilə bağlı yekun qərar verilməsə də, “Taliban” liderləri bu günlərdə təklifin müzakirəsi məqsədilə bir araya gələcək.

Əgər razılıq əldə olunsa atəşkəs Qəzni şəhərində də elan edilə bilər. Hazırda isə Qəznidə ağır qarşıdurmalar davam edir və qiyamçılar şəhərin böyük hissəsinə nəzarət etdiklərini iddia edirlər.

Xatırladaq ki, sonuncu dəfə iyun ayında qeyd olunan Ramazan bayramı zamanı tərəflər arasında 3 günlük atəşkəs elan edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan   Atəşkəs  


Bizi "telegram"da izləyin