Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı “Hüquqi ziddiyyətlərə qarşı” ictimai təşkilatın sədri Larisa Alaverdyan bildirib.
O qeyd edib ki, Ermənistanın masada yalnız və yalnız Madrid prinsipləri var, başqa bir nəyi yoxdur.
"Madrid prinsiplərinin əsası 1990-1991-ci illərdə qoyulub və 1992-ci ildə Ermənistan bir sıra bədbin maddələrlə razılaşıb. Həmin maddəyə görə Ermənistanın birinci prezidenti qeyd etdiyi kimi, Ermənistan Qarabağın Azərbaycan tərkibində daha yüksək statusla, muxatar respublika olaraq qalmasına razılıq verib. Bundan o yana erməni tərəfi bu yanaşmanı dəyişmək üçün hər hansı real addım atmayıb. İkinci və üçüncü prezidentlərinin ciddi, lakin şifahi şəkildə Qarabağın heç vaxt Azərbaycan tərkibində olmadığına görə, Azərbaycanın tabeliyinə verilə bilməz dedikləri sənədlərdə öz əksini tapmayıb”, - deyə Alaverdyan vurğulayıb.
Erməni ekspert, hazırda Paşinyanın mövqelərin yumşaldılmasını əks etdirən bəyanatlar səsləndirdiyini də deyib: "Məsələn, həmin baş nazir Nikol Paşinyan may ayında bəyan edirdi ki, Qarabağ danışıqlar masasında tərəf kimi təmsil olunmalıdır, lakin indi bütün sənədlərdə Qarabağın danışıqlar prosesinin son mərhələsində iştirak etməli olduğunu bəyan edir".
Alpər Mövludoğlu
Ordu.az