“ABŞ strateji silahlar problemini qızışdırmağa çalışır” – Rıbakov

2018/08/Снимок_1534252947.png
Oxunub: 2137     21:27     14 Avqust 2018    
“Yeni müdafiə büdcəsi qanunu ilə Vaşinqton strateji silahlar məsələsini siyasi olaraq qızışdırmağa çalışır”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Rıbakov səsləndirib.

“ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış müdafiə xərcləri qanununda bu məsələnin həllinə yönəlik heç nə görmədik. Biz bu qanunun prezident Vladimir Putinin martın 1-də elan etdiyi strateji silahlara qarşı məhdudiyyətlər yaratma cəhdi olduğunu düşünürük”, - deyə Rıbakov bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar strateji silahlar məsələsini siyasi cəhətdən qızışdırmağa çalışır və bu Rusiya tərəfindən xoş qarşılanmır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin