Ermənistan MN-də idarə rəislərinin əmək haqqı aşağı salınıb

2018/08/345345_1527238876_1527323111_1528182664_1528716258_1529493897_1533191237_1534231142.jpg
Oxunub: 3223     15:18     14 Avqust 2018    
Ermənistan müdafiə nazirliyinin bir sıra əməkdaşlarının əmək haqqı aşağı salınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin bir sıra əməkdaşlarının, xüsusilə orta təbəqənin (idarə, şöbə rəisləri və müavinləri) əmək haqqı aşağı salınıb.

Onlara bildirilib ki, illər ərzində əmək haqqı səhv ödənilib və indi isə yenidən hesablanma aparılır. Bundan sonra həmin təbəqədən olan əməkdaşlar, indiyədək aldıqları əmək haqqından 30% az əmək haqqı alacaqlar.

Bu məlumat maaş hesabına yaşayanları məyus edib. Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhanisyan məlumatı təsdiq edib. O, belə halların hər hansı səhv nəticəsində baş verə biləcəyini istisna etmədyini deyib.

Məlumata görə, Ermənistan müdafiə nazirliyi əməkdaşlarına bu faktı maliyyə xidmətinin yol verdiyi səhvin düzəldilməsi ilə izah ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Maaş  


Bizi "telegram"da izləyin