Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, keçən il ərzində mətbəx bıçağı ilə 102-ci hərbi bazaya aid 31,5 metr uzunluğunda ehtiyat rabitə xəttinin naqillərini hissə-hissə kəsərək oğurlayıblar.
Oğurluq hadisəsi ilə əlaqədar Mkrtıç Eyramcyana qarşı ittiham irəli sürülüb.
Məlumata görə, o, 2017-ci il sentyabrın 26-da saat 15:00 radələrində, Gümrü şəhərinin “Sev Amrots” (Qara qala) adlanan ərazisindən 102-ci bazaya aid ehtiyat rabitə xəttinin naqillərini dostu Karen Nersisyanla bərabər gizli yolla ələ keçirib.
Bununla, hərbi bazaya 72 min dram məbləğində ziyan vurulub.
Alpər Mövludoğlu
Ordu.az