Ermənistanda hərbi qulluqçular qəzaya düşüb - FOTOLAR
Oxunub: 3933
16:15
13 Avqust 2018
Ermənistanda hərbçilərin iştirakı ilə avtomobil qəzası baş verib.
Ordu.az "shamshyan.com" saytına istinadən xəbər verir ki, bu gün saat 07:40 radələrində Ermənistanın Qeğarkunik vilayətinin Çəbərək şəhərində Şorja kənd sakini 39 yaşlı Aram Harutyunyanın idarə etdiyi "Mercedes" və Çəmbərək şəhər sakini 39 yaşlı Ruslan Harutyunyanın idarə etdiyi "ВАЗ 2107" markalı avtomobillər toqquşub.
Avtoqəza nəticəsində hər iki sürücü bədən xəsarətləri ilə Çəmbərək şəhər xəstəxanasına təxliyyə ediliblər.
Məlumatda bildirilir ki, sürücü A.Harutyunyan Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsinin taqım komandiri, R.Harutyunyan isə həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusudur.