Ordu.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru, diplomat Riçard Kozlariç, Xəzər dənizinin hüquqi statusu məsələsində Rusiya-Azərbaycan münasibətlərinə toxunub.
"Azərbaycan ən azı dörd ildir Rusiya ilə münasibətləri sıxlaşdırıb. Rus silahlarının alınması bunun əhəmiyyətli bir hissəsidir. Bunun hərtərəfli saziş üzrə Aİ-Azərbaycan danışıqlarına hansı şəkildə təsir edə biləcəyi hələ aydın deyil. Amma bir şey dəyişəcəyini düşünmürəm", - deyə professor bildirib.
1990-cı illərin ortalarında Xəzər dənizinin hüquqi statusuna dair danışıqlar başladıqdan sonra Kozlariç ABŞ-ın Bakıdakı səfiri olub. Onun sözlərinə görə, danışıqlar prosesi olduqca çətin olub, çünki İran və Rusiya Xəzər dənizindəki digər dövlətlərin Xəzər dənizində və onun dibində hüquqlarının nə olduğuna nəzarət etməyə çalışırdılar.
Bu prosesin, ABŞ-ın Əfqanıstana döyüş sursatının tranzitinə mane olmasına səbəb ola biləcəyini soruşduqda, sabiq səfir birmənalı olaraq narahatlığa ehtiyac olduğunu söyləyib: "Son illər ABŞ-Rusiya münasibətlərinin pisləşməsi ilə yanaşı, Moskva da Əfqanıstana ABŞ tərəfindən döyüş sursatı göndərilmısinə daim mənfi münasibət bəsləyib. Müqavilənin mətnini görmədən hərbi sursatın göndərilməsinin qarşısının alınması üçün Rusiyanın Xəzər dənizi müqaviləsini istifadə etməsi barədə mətbuatın iddialarının doğru olduğunu söyləmək çətindir. Birləşmiş Ştatların İrana və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi fonunda narahatlığa ehtiyac var", - deyə Kozlariç qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az