"Rus silahlarının tədarükü ilə bağlı razılaşmalar icra olunacaq" - Tonoyan

2018/08/456546_1532353129_1533969711.jpg
Oxunub: 601     14:40     11 Avqust 2018    
"Rus silahlarının tədarükü ilə bağlı müqavilə razılaşmaları ikitərəfli icra olunacaq. Hələ ki, icra olunmayacağına dair hər hansı bir əlamət yoxdur".

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna verdiyi müsahibədə Ermənistan müdafiə naziri Davit Tonoyan bildirib.

Tonoyan qeyd edib ki, aprel-may hadisələrindən sonra Ermənistan və Rusiya arasında yeni münasibətlər formalaşıb.

"Mən hesab edirəm ki, aprel-may hadisələrindən sonra biz yeni münasibətlərdəyik. Yeni vəziyyətdə, həmçinin yeni münasibətlərin dəqiqləşdirilməsi zərurəti yaranır. Söhbət hərbi-siyasi və ya geosiyasi dəqiqləşdirmələrdən deyil, yeni hakimiyyət və Rusiya hökuməti ilə yeni münasibətlərin qurulmasından gedir. Əlbəttə işğüzar fəaliyyətlə əlaqədar hər hansı problem yarana bilər, ancaq əməkdaşlıq xüsusilə hərbi sahədə davam edir. Mənim fikrimcə burada heç bir problem yoxdur", - deyə Ermənistanın müdafiə naziri bildirib.

Tonoyan həmçinin əlavə edib ki, Rusiya tərəfi ilə Naxçıvan istiqamətindəki gərginlik də müzakirə edilib. O, Rusiya Federasiyasının müdafiə naziri ilə görüşəcəyini də qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-Rusiya   Hərbi-əməkdaşlıq  

"Rus silahlarının tədarükü ilə bağlı razılaşmalar icra olunacaq" - Tonoyan

2018/08/456546_1532353129_1533969711.jpg
Oxunub: 602     14:40     11 Avqust 2018    