“Konflikt jurnalistikası məktəbi”nin ikinci mərhələsi başlayıb - FOTOLAR

2018/08/5_7669844915.jpg
Oxunub: 762     14:17     11 Avqust 2018    
“Konflikt jurnalistikası məktəbi”nin (KJM) növbəti çöl-səhra təlimlərinə start verilib.

Ordu.az xəbər verir ki, Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə “Milli təhlükəsizlik və müdafiə tələblərinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərdə hərbi sahəyə aid məxfi məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə düzgün, dövlətçilik baxımından yayılmasını təmin etmək, hərbi qulluqçuların və kütləvi informasiya vasitələri nümayəndələrinin təcrübə və vərdişlərini formalaşdırmaqla hüquqi-maarifləndirmə biliklərini artırmaq” məqsədilə "Dinc Dünya" Araşdırma Mərkəzinin icra etdiyi "Konflikt jurnalistikası məktəbi"nin ikinci mərhələsi başlayıb.

Kurs iştirakçıları Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində və poliqonlarında 10 gün ərzində dünyanın müxtəlif ordularının arsenalında olan silahlar haqda, döyüş əməliyyatları zonasında, cəbhə xəttində işləmək prinsipləri, zərurət yarandıqda zirehli texnikalarla davranış qaydaları haqqında, hərbçilərlə ünsiyyət, eləcə də yayılması məqbul hesab edilən, həmçinin digər hərbi xarakterli informasiyaların toplanması və yayılması barəsində biliklərə yiyələnəcəklər.

Təlimlərdə cəbhəyanı zonalarda fəaliyyət göstərən KİV nümayəndələri ilə yanaşı ölkənin müxtəlif KİV-lərinin əməkdaşları və jurnalistikada yeni fəaliyyətə başlayan gənc qələm sahibləri iştirak edirlər.

Təlimdə layihə və qrup rəhbərinin köməkçisi, jurnalist Teymur Zahidoğlunun sözlərinə görə, jurnalistlərin bu cür təlimlərə cəlb edilməsi cəbhə bölgəsində baş verənlər haqda yalan, dəqiqləşdirilməmiş məlumatların cəmiyyətə çatdırılmasının qarşısını almağa xidmət göstərir:

“Ən yaxın keçmişdə, 2014-cü ilin avqust, 2016-cı ilin aprel ayında cəbhədə baş verən döyüşlər zamanı şahidi olduq ki, ölkədə fəaliyyət göstərən KİV-lərin, həmçinin müxtəlif maraqlı adamların sosial şəbəkələr üzərindən məqsədli və ya peşəkarlıqdan uzaq səviyyədə yaydığı xəbərlər cəmiyyətdə ciddi çaşqınlıqların yaranmasına səbəb olurdu. Bununla yanaşı, bəzi informasiyalar dövlət sirrinin yayılmasına da gətirib çıxarırdı. Hadisələrin gedişatından döyüş əməliyyatı zonalarından heç bir məlumatı olmayan mətbuat işçiləri və ya şayələrlə işləməyi hobbi bilən bəzi vətəndaşların yaydığı dəqiqləşdirilməmiş xəbərlər, istər Azərbaycan hərbçilərinin, istərsə də cəbhəyanı yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyini sual altına alırdı.

Müharibə şəraitində yaşadığımızdan cəbhədə hər an döyüş əməliyyatlarının başlanması, Azərbaycan tərəfinin işğal altında olan ərazilərini düşməndən təmizləmə prosesi başlaya bilər. Belə çıxır ki, Yaxın müddət ərzində bu cür hadisələr baş versə, şayə və yalan məlumatlarla üzləşəcəyimiz aktual olaraq qalır. Məhz, bu cür hallardan daha peşəkar şəkildə yayınmaq üçün ölkədə müharibə və ekstermal şəraitlərdə işləmə prinsiplərini öyrədən kurslara ciddi ehtiyac var. Hətta bu təlimlərdə iştirak təşəbbüsü ölkədə fəaliyyət göstərən KİV-lərin özü tərəfindən də irəli sürülməlidir.”

Qeyd edək ki, təlimlərdə iştirak edən mətbuat işçilərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: KJM   Təlim  

“Konflikt jurnalistikası məktəbi”nin ikinci mərhələsi başlayıb - FOTOLAR

2018/08/5_7669844915.jpg
Oxunub: 763     14:17     11 Avqust 2018    