Rusiya nəşri: Bəlkə Ermənistana kreditlə silah satmaq heç lazım deyil?

2018/08/546_1533965172.jpg
Oxunub: 2192     13:23     11 Avqust 2018    
Rusiya nəşri olan “Nezavisimoe voennoe obozrenie” jurnalında Rusiya-Ermənistan hərbi texniki əməkdaşlığı haqqında məqalə dərc olunub.

Ordu.az xəbər verir ki, məqalədə Ermənistanın uzun illər Rusiyadan güzəştli şərtlərlə yalnız silah deyil, həm də siyasi dəstək və iqtisadi üstünlüklər əldə etdiyi bildirilir.

Müəllif qeyd edir ki, Rusiya Federasiyasından silah tədarükü münaqişə tərəfləri arasında balansı qoruyub saxlayır, lakin Moskva ilə İrəvan arasındakı əməkdaşlıq heç də hər kəsin ürəyincə deyil.

“Beləliklə ABŞ milli kəşfiyyat rəhbəri Den Koutsun məruzəsində qeyd olunur ki, tərəflərin qarşılıqlı güzəştə getməməsi, kənardan təzyiqin artması, Azərbaycanın sabit hərbi modernizasiyası və Ermənistan tərəfindən yeni rus silahlarının əldə edilməsi, 2018-ci ildə geniş miqyaslı hərbi əməliyyatlara səbəb ola bilər”, - deyə nəşrdə vurğulanır.

Qeyd edilir ki, məhz bu məqam Ermənistan baş naziri Nikol Paşinyanın Brüsselə səfərinin, həmçinin ABŞ və NATO ilə yaxınlaşmasının səbəbi ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-Rusiya   Silah   Kredit  

Rusiya nəşri: Bəlkə Ermənistana kreditlə silah satmaq heç lazım deyil?

2018/08/546_1533965172.jpg
Oxunub: 2193     13:23     11 Avqust 2018    