Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəz Televiziyası məlumat yayıb.
Məlumata görə, ölkənin Sıçuan vilayətində yerləşən Şiçanq Peyk Göndərmə Mərkəzindən “Long March-3B” daşıyıcı raketilə kosmosa göndərilən peyklər 3 saat sonra orbitə daxil olub.
“Beidou" Naviqasiya Peyk Sistemi Çində 2000-ci ildən, Asiya-Sakit okean bölgəsində 2012-ci ildən etibarən xidmət verməyə başlayıb.
Çinin “Beidou” sistemi tamamlandıqdan sonra o, ABŞ-ın GPS, Avropa İttifaqının “Galileo”, Rusiyanın “Glonass” sistemindən sonra dünya çevrəsində xidmət göstərən dördüncü qlobal naviqasiya sistemi olacaq.
Ağalar Ağalarlı
Ordu.az