“Raytheon” “Boeing” “Harpoon” raketini bazardan çıxarmaq istəyir

2018/07/received_2617557088470443_1532804630.jpeg
Oxunub: 3202     02:46     29 İyul 2018    
“Raytheon” firması “Boeing” kompaniyasının “Harpoon” gəmi əleyhinə raketlərinin bazardakı payını ələ almaq istəyir.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, “Raytheon”un icraçı direktoru Tomas Kennedi kompaniyanın NSM raketinin satışını genişləndirmək istədiyini bildirib.

“NSM “Raytheon”un yeni raketidir. Məqsədimiz “Harpoon” və digər beynəlxalq yer-yer raketlərinin yerli və beynəlxalq silahlanmadakı yerini tutmaqdır”, - deyə Kennedi vurğulayıb.

Onun sözlərinə görə, dünyanın gəmi əleyhinə raketlərinin əksəriyyəti bu gün artıq ömrünün sonuna yaxınlaşır. NSM raketi 100 dəniz milindən daha çox mənzilə sahibdir və bu raketlərin boşalacaq yerini tutmağa iddialıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Boeing   Harpoon  


Bizi "telegram"da izləyin