ABŞ donanmasının aviasiyasındakı böhran “Boeing” üçün nə mənaya gəlir?

2018/07/37930208_2617558361803649_7334356106229055488_n_1532794346.jpg
Oxunub: 3828     23:33     28 İyul 2018    
ABŞ donanmasının aviasiyasının hazırlığındakı böhran “Boeing” firması üçün mənfi təsir göstərsə də, həm də bir şans kimi dəyərləndirilir.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, buna səbəb isə ABŞ donanmasının özünü “Super Hornet” filotiliyasını yenidən dirçəltmək istəyidir.

Donanmanın belə bir modernizasiya planı həyata keçirməsi “Boeing”in qarşıdakı 10 illik bir dövrdə öz satışlarını artırmasına gətirib çıxara bilər.

Planda modernizasiya ilə yanaşı, ABŞ donanması üçün 18, Küveyt üçün 28 olmaqla ümumilikdə 46 ədəd yeni “Super Hornets”in alınması nəzərdə tutulub.

Xatırladaq ki, “Boeing” cari ilin birinci yarısında müdafiə üzrə satışlarında 11% artıma nail olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Boeing   Super-Hornet  


Bizi "telegram"da izləyin