Livana hərbi yardımı kəsmək ABŞ üçün niyə böyük yanlış olar?

2018/07/37884225_2617553005137518_6834319636918435840_n_1532794215.png
Oxunub: 1853     00:13     29 İyul 2018    
ABŞ-ın Livana etdiyi hərbi yardım ABŞ tərəfindən terror təşkilatı kimi tanınan təşkilatla birgə fəaliyyət göstərən hökumətin silahlı qüvvələrinə gedir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hizbullah” və onun müttəfiqləri Livanın sonuncu parlament seçkilərində əhəmiyyətli nailiyyət əldə etdilər.

Buna baxmayaraq, ABŞ Livana hərbi yardım etməyə davam edir. Hərbi yardımın səbəbi İranın bölgədə möhkəmlənməsinin qarşısını almaq və Tramp hökumətinin yeni Milli Təhlükəsizlik Strategiyasında göstərildiyi kimi diqqətin terrorla mübarizədən böyük güclərlə rəqabətə çevrilməsindən qaynaqlanır.

İstənilən halda Livana hərbi yardım edilməsi hələ də strateji əhəmiyyətli olaraq qalır. Bu yardımın Pentaqon daxilində böyük dəstəkçiləri var.

Pentaqon baxımından Vaşinqtonun bu yardımı kəsməsi ABŞ-ın Aralıq dənizinə əsas çıxış nöqtəsindən məhrum olması mənasına gəlir. Həmçinin bu addım Livanın rəsmən İrana təhvil verilməsi demək olar.

Digər tərəfdən Livanda azacıq zəifliyin meydana gəlməsi uzun müddətdir Livan ordusunda əl-qolunu açmağa çalışan və regional mövcudluğunu genişləndirməyi hədəfləyən Rusiya üçün əlverişli şəraitin yaranmasına səbəb olar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Livan   Hizbullah  


Bizi "telegram"da izləyin