"Raytheon" və "Northrop" radar yenilənməsi uğrunda mübarizə aparır

2018/07/rtn_230611_3_1532793693.jpg
Oxunub: 2757     23:12     28 İyul 2018    
ABŞ ordusunun Dəniz korpusu “Boeing” istehsalı F/A-18C/D-lərdə istifadə olunan APG-73 radarlarını əvəzləməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon bununla bağlı hansı firma ilə müqavilənin bağlanmasını müəyyənləşdirmək məqsədilə iki mərhələli müsabiqə elan edib.

Firmalara öz təkliflərini irəli sürmək üçün iki vaxt verilən müsabiqədə “Raytheon” və “Northrop Grumman” iddialı tərəflərdir.

“Raytheon” F/A-18C/D təyyarələri üçün nəzərdə tutulan APG-79(V)4 radarlarının istehsal və sınaqlarının uğurla tamamlandığını elan edib.

“Northrop Grumman”ın isə özünün “Scaleable Agile Beam Radar” texnologiyası ilə müsabiqədə iştirak edəcəyi gözlənilsə də, firmadan bu məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Boeing   Raytheon   Northrop-Grumman   APG-79(V)4   F-18  


Bizi "telegram"da izləyin