Ötən gün daha bir Ukrayna hərbçisi həlak olub

2018/07/184845814581_1530948790_1532774465.jpg
Oxunub: 2447     18:39     28 İyul 2018    
Donbasda Ukrayna ordusu ilə seperatçı qüvvələr arasında qarşıdurmalar davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, seperatçı qüvvələr ötən gün Ukraynanın şərqində Biləşdirilmiş Qüvvələr Əməliyyatı zonasındakı Ukrayna mövqelərinə 34 dəfə atəşkəs rejimini pozublar.

Qeyd olunub ki, qarşıdurmalar zamanı seperatçılar 120 və 82 mm-lik minaatanlardan istifadə ediblər.

Qarşıdurmalar nəticəsində Ukrayna ordusunun daha bir hərbçisi həlak olub. Seperatçılardan isə 2-si zərərsizləşdirilib, daha 5-i yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Seperatçılar   Donbas  


Bizi "telegram"da izləyin