SQQ Colan təpələrində İŞİD-ə zərbələr endirib

2018/07/4234_1532774182.jpg
Oxunub: 2575     18:34     28 İyul 2018    
Suriya Quru Qoşunları Colan təpələri yaxınlığındakı İŞİD mövqelərinə artilleriya zərbələri endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı yerli mənbələr yayıb.

Bildirilib ki, Suriya hökumət qüvvələri Dera və Küneytrənin İsraillə sərhəd bölgələrində İŞİD-ə qarşı aramsız artilleriya zərbələri endirib.

Qeyd olunub ki, hücumlar nəticəsində ordu Yarmuk düşərgəsi yaxınlığındakı Əyn Zekər və Şeyx Hüseyn şəhərlərini terrorçulardan azad edib.

Qeyd edək ki, hücumlara Rusiya qırıcıları da havadan dəstək göstərib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Colan-təpələri   İŞİD  


Bizi "telegram"da izləyin