Pentaqonun yeni planı: Ənənəvi tanklardan robot tanklara

2018/07/1031187798_1532763971.jpg
Oxunub: 2729     19:51     28 İyul 2018    
ABŞ Müdafiə Nazirliyi Quru Qoşunlarının inkişaf etdirilməsi məqsədilə onun tərkibindəki döyüş texnikalarının müasirləşdirilməsini planlaşdırır.

Ordu.az xəbər verir ki, bunun üçün Pentaqon ordunun xidmətindəki tankların, pioyada döyüş maşınlarının və digər zirehli texnikaların modernizasiyasını yaxud da tamamilə yenilənməsini planlaşdırır.

Bununla bağlı Pentaqonun mətbuat xidmətindən bildirilən açıqlamada qeyd olunub ki, ilk mərhələ üçün ordunun xidmətindəki tanklar GPS sistemləri ilə təchiz ediləcək. Bu da daha sonra həmin tankların pilotsuz şəkildə idarə edilməsinə imkan yaradacaq.

Lakin sonrakı mərhələdə Pentaqon bu döyüş vasitələrinin məsafədən idarə olunan versiyadan öz-özünü idarə edən robot versiyaya keçirilməsini planlaşdırır.

Bildirilib ki, süni zəkadan istifadə edilərək hazırlanacaq robot tankların ilk seriyasının 2030-cu illərin əvvəllərindən odunun xidmətinə verilməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Robot-tank  


Bizi "telegram"da izləyin