Avstraliya ən nəhəng təlimlərdən birinə ev sahibliyi edir

2018/07/456456_1532763725.jpg
Oxunub: 2477     19:40     28 İyul 2018    
Avstraliyanı şimal sahillərində 16 müxtəlif ölkədən hərbi qüvvələrin iştirakı ilə “Pitch Black” aviasiya təlimləri keçirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Avstraliya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, ölkənin şimalında yerləşən Darvin şəhərində hazırda müxtəlif ölkələrdən 4000-ə qədər hərbçi və 140 döyüş təyyarəsi yerləşdirilib.

Məlumata görə Asiya-Sakit okean zonasının ən nəhəng hərbi təlimlərindən olan “Pitch Black” təxminən 1 həftə davam edəcək.

Qeyd edək ki, ilk dəfə 1990-ı ildə Avstraliya və Sinqapurun iştirakı ilə keçirilən təlimlərə bu il ABŞ, Kanada, Fransa, Almaniya və Hindistan da daxil olmaqla 16 müxtəlif ölkə qatılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Təlimlər  


Bizi "telegram"da izləyin