Tramp İranı vurmağa hazırlaşır – İDDİA

2018/07/Syria-missile-strike-USA-Russia-world-war-3-944615_1532693169.jpg
Oxunub: 2805     20:05     27 İyul 2018    
Avstraliya Baş naziri Malkolm Turnbul ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarının bu barədə təqdim etdiyi hesabat barəsində açıqlama bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir bu barədə ötən gün verdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Avstraliya və Böyük Britaniya kəşfiyyat orqanlarının ABŞ-İran problemi ilə bağlı yaratmış olduğu birgə məxfi komissiyanın təqdim etdiyi hesabata əsasən Tramp İranı vurmağı planlaşdırır.

“Mənə təqdim edilən hesabatda göstərilib ki, ABŞ ordusu birbaşa prezident Donald Trampın əmri ilə İranın nüvə mərkəzlərini vurmaqla bağlı hücum planı üzərində işləyir. Plana əsasən hücum avqustun əvvəllərində mümkün qədər tez bir zamanda həyata keçiriləcək. Lakin hazırda bu hesabatda qeyd olunan iddialarla bağlı tutarlı bir faktın olduğunu deyə bilmərəm”, - deyə Avstraliya baş naziri maraqlı iddia səsləndirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   İDDİA  


Bizi "telegram"da izləyin