Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı əsas diqqətə alınan mövzular Yaxın Şərqdəki, xüsusilə Suriyadakı vəziyyətin gedişatı, Suriyanın cənub-qərb bölgəsində aparılan terrorla mübarizə əməliyyatının uğurları olub”, - deyə məlumatda qeyd olunub.
Bundan başqa Əl Səfadi “Ağ Dəbilqəlilər” təşkilatı üzvlərinin İordaniyaya gəlmələri ilə bağlı Lavrovu məlumatlandırıb. O, Rusiyanın suriyalı qaçqınların evlərinə dönmələri istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Ağalar Ağalarlı
Ordu.az