Hovhannisyan: "Yerasxdan cənuba doğru Azərbaycan yeni yol çəkib"

2018/07/87_1530689986.jpg
Oxunub: 3236     15:37     04 İyul 2018    
"Yerasx-Gorus yoluna paralel olaraq, Yerasxdan cənuba doğru Azərbaycan tərəfi öz ərazilərində yol çəkib".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Beynəlxalq və Təhlükəsizlik məsələləri üzrə erməni institutunun təşkil etdiyi müzakirələr zamanı bölgə üzrə tədqiqatlar mərkəzinin aparıcı eksperti Davit Şahnazaryan Naxçıvan istiqamətində Ermənistanla sərhəd yox, mövqelər anlayışının nəzərdən keçirilməli olduğunu bildirməklə təxribatçı çıxış edib.

O, Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovanisyana sual ünvanlayaraq, "Google" üzərində Naxçıvan istiqamətində azərbaycanlıların irəlilədiyi mövqeləri, həmin mövqelərin nə zaman irəli çəkildiyini, Yerasx-Gorus yolunu nəzarətdə saxlaya bilən neçə mövqenin olduğunu soruşub. Həmin mövqelərdə yardımçı tikililərin varlığına dair sual verib.

Davit Şahnazaryan müharibə ehtimalının bir neçə il əvvəl olduğu kimi eyni qaydada qalmasına dair Hovanisyanın fikri ilə razı olmadığını vurğulayıb.

Hovanisyan verilən sualllara cavab olaraq, Azərbaycan Ordusunun mövqelərini irəli çəkməsi və bərkitmə işləri aparmasını etiraf etsə də, buna mane olmağa çalışdıqlarını deyib.

O, Yerasx-Gorus yoluna paralel olaraq, Yerasxdan cənuba doğru Azərbaycan tərəfinin öz ərazilərində yol çəkdiyini və yeni mövqelərin təminatı məqsədini daşıdığını qeyd edib.

Hovanisyan Naxçıvanla Ermənistan arasında sərhəd yox, mövqelərin varlığı anlayışını müsbət qiymətləndirdiyini, bu mövqelərdə daima yerdəyişmə aparıldığını bildirib.

Alpər Mövluoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Naxçıvan   Təxribat   İşğal  


Bizi "telegram"da izləyin