Ermənistanda məktəb direktoru hərbi rəhbərdən rüşvət alıb

2018/06/140433_1530180923.jpg
Oxunub: 2872     18:13     28 İyun 2018    
Ermənistanın istintaq komitəsi tərəfindən İrəvanın 132 nömrəli məktəbinin sabiq direktoru tərəfindən rüşvət alındığını aşkar edib.

Ordu.az erməni KİV-lərinə istinadən verir ki, 2016-cı ildən 2018-ci ilin 23 may tarixinədək İrəvanın 132 nömrəli məktəb direktoru səlahiyyətlərini yerinə yetirən Sukiasyan hərbi dərs rəhbərinin lehinə işlər görməsi məqsədilə rüşvət aldığını aşkar edib.

Belə ki, hərbi dərs müəllimi istirahətə gedərək, 3-17 aprel 2018-ci il tarixləri arasında məktəbə gəlməyib. İşdə olmadığı günlərin qeyd olunmaması məqsədilə məktəb direktoru vasitəçi yolu ilə hərbi dərs müəllimindən 70 min erməni dramı məbləğində rüşvət tələb edərək, mayın 3-də qeyd edilən həcmdə rüşvəti alıb.

Fakt üzrə cinayət işi çərçivəsində məktəb direktoruna rüşvət alma, məktəbin təsərrüfat işləri üzrə rəhbərinə isə rüşvət alınmasında vasitəçi olduğuna görə ittiham irəli sürülüb.

İlkin araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rüşvət  


Bizi "telegram"da izləyin