General Manvel Qriqoryanın arvadı Nazik Amiryan könüllü olaraq istintaq aparan orqana təslim olub, daha sonra isə həbs edilib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat polis orqanları tərəfindən təsdiq edilib.
Qeyd edək ki, Qriqoryanın arvadı Nazik Amiryan əvvəlcədən razılaşma əsasında bir qrup şəxslər tərəfindən qanunsuz silah saxlama, əldə etmə və ya daşıma əməllərini törətməkdə şübhəli bilinir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Manvel-Qriqoryan