Monitorinq keçirən ATƏT nümayəndələri Qazax RİH başçısı ilə görüşüblər - FOTOLAR

2018/06/6_9181043592.jpg
Oxunub: 3880     16:16     28 İyun 2018    
Bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi üçün ATƏT nümayəndələri Qazax şəhərinə gəliblər.

Ordu.az-ın qərb bürosunun verdiyi məlumata görə, RİH başçısı Rəcəb Babaşovla görüşən müşahidəçilər sərhəddə yerləşən kəndlərə yola düşüblər.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinq keçiriləcək.






Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin