Ermənistanda fərarilər cinayət məsuliyyətindən azad edilir? - DETALLAR

2018/06/7567_1530163822.jpg
Oxunub: 3973     13:29     28 İyun 2018    
Ermənistanda hərbi xidmətdən yayınmaqda ittiham edilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Loru vilayətinin ümumi yurisdiksiya məhkəməsinin 7 iyun 2018-ci il hökmünə əsasən mərkəzi tibbi komissiyanın qərarı ilə razı olmaması səbəbilə hərbi çağırışdan imtina edən “V.H” cinayət məsuliyyətindən azad edilib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisindən verilən məlumata görə, 2014-cü ildən etibarən müntəzəm olaraq möhlət hüququ verilən “V.H” 2017-ci ilin yanvar ayında mərkəzi tibbi komissiyanın qərarı ilə hərbi xidmətə məhdud yararlı hesab edilib. Ancaq çağırışçı bu qərarla razılaşmayaraq hərbi xidmətə getməkdən imtina edib.

Çağırışçının iddiasına görə, dəfələrlə xəstəliyə görə möhlət hüququ verildiyi halda, müalicə olunmadan hərbi xidmətə məhdud yararlı hesab oluna bilməzdi. Ona qarşı hərbi xidmətdən yayınma maddəsi ilə cinayət işi qaldırılıb və məhkəməyə göndərilib.

İlkin araşdırma zamanı məlub olub ki, diaqnoz əsasında möhlət hüququ verilən xəstə heç bir müalicəyə cəlb edilməyib. Ürək döyüntüsü ilə bağlı olan xəstəlik barədə həkim məhkəmədə verdiyi izahatda qeyd edib ki, bu keçid dövrü ilə əlaqədardır və tibbi müdaxilə olmadan keçə bilər, elə buna görə də dəfələrlə möhlət hüququ verilib.

Hərbi xidmətə məhdud yararlı olmasına dair əsas verən diaqnozun isə səhvən yazıdığı aşkar edilib. Cinayət işi araşdırıldığı bir vaxtda “V.H” 2017-ci ilin qış çağırış dövründə təkrar hərbi xidmətə çağırılıb, mərkəzi tibbi komissiya tərəfindən müayinə edilərək, hərbi xidmətə yararlı hesab edilib. O, hazırda hərbi xidmətdədir.

Məhkəmə araşdırmalar nəticəsində baş verənlərin cəmiyyətə təhlükə törətmədiyini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin